Arnautoviç millinin rekordçusudur
Marko Arnautoviç Avstriya yığmasının tarixinə düşüb. Hücumçu millisində ən çox oyun keçirən futbolçu adına yiyələnib.
Millətlər Liqasının Xorvatiya ilə oyunu Markonun 104-cü matçı olub. 33 yaşlı forvard bununla da rekord vurub.
O, Andreas Hersoqu arxada qoyub. Sonuncunun aktivində 103 oyun var.