Sürpriz kupon – 25.06.2024

Sürpriz kupon – 25.06.2024

Çili – Argentina
İstənilən vaxt qol vuracaq: Lionel Messi

ETOPAZ müştərilərinə təkli kuponlarda “İstənilən vaxt qol vuracaq” variantı üçün əla Free Bet təklif edir. Zənnimcə, bu fürsəti qaçırmaq olmaz. Sürpriz kuponda yazdığım hər iki “İstənilən vaxt qol vuracaq” proqnozum əmsal baxımdan da cəlbedicidi. Copa America 2024-ün Kanadayla açılış matçında 2 yüzfaizli qol imkanını dəyərləndirə bilməyən Lionel Messi həmyerlisi Rikardo Qarekanın rəhbərlik etdiyi Çilini məyus etməyə ən real namizəd sayılır. Dünya çempionlarının Kanada üzərində 2:0 hesablı qələbəsinə hər iki qolun yaranmasında iştirakı ilə töhvə verən Messinin bu dəfə öz adını tabloya yazdıracağına mərc edirəm.

Danimarka – Serbiya
İstənilən vaxt qol vuracaq: Aleksandr Mitroviç

Danimarkanın daha yaxşı komanda olduğunu ilk iki turda gördük.
Serblərin heyətində isə hələlik qol vurmasa da, oyunu ilə diqqət çəkən Aleksandr Mitroviçi qeyd etməmək olmaz. Sloveniya ilə matçda qapıya 6 zərbə vurmaqla AVRO 2024-ün rekordunu müəyyənləşdirən forvard Danimarka ilə qarşılaşmada qol hesabını açsa, təəccüblənməyəcəm.

Niderland – Avstriya 1

ETOPAZ “narıncılar”ın qələbəsinə cəlbedici əmsal verir.
Rəqblər arasında son 5 şəxsi görüş hollandların qələbəsi ilə bitib.
Avstriya nə qədər xoş təsir bağışlasa da, Niderlandın bu qarşılaşmada gücünü ortaya qoyacağını düşünürəm.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Günün kuponu – 25.06.2024

Növbəti yazı

“Turan Tovuz”dan yeni transfer