Osimhen “Qalatasaray”da qol hesabını açdı
Türkiyə Super Liqasında VII turun oyunları keçirilir. Bu gün lider “Qalatasaray” da növbəti matçına çıxıb.
Komanda “Kasımpaşa”nı qəbul edib. Görüşdə hesabı Viktor Osimhen açıb. Klubda ilk qolunu vuran nigeriyalı çox keçmədən dublunu rəsmiləşdirib. Ardından Mauro İkardi fərqi 3 topa çatdırıb.
Lakin qonaqlar matçda dönüş yaratmağı bacarıb. “Kasımpaşa” ardıcıl 3 qol vuraraq heç-heçəyə nail olub.
Qeyd edək ki, “Qalatasaray” 7 turdan sonra 19 xalla turnir cədvəlinə başçılıq edir.