Günün kuponu – 25.06.2024
İngiltərə – Sloveniya 1
İngiltərə AVRO 2024-ün əsas favoritlərindən sayılır. Sloveniya ilk iki oyunda pis təsir bağışlamasa da, çətin ki Qaret Sautqeytin futbolçularının təzyiqi qarşısında davam gətirə bilə. Statistika da ingilislərin tərəfindədi. Komandalar indiyəcən 6 oyun keçirib və bu matçlarda cəmi bir dəfə heç-heçə qeydə alınıb, digər görüşlər İngiltərənin qələbəsi ilə bitib.
Fransa – Polşa 1
Heç bir motivasiyası qalmayan qrup autsayderi ilə oyunda Fransa aşkar favoritdi. “Xoruzlar”a qələbə lazımdı. Didye Deşamın komandası çox çətinlik çəkmədən 3 xal qazanmalıdı.
Niderland – Avstriya 1X
Avstriya 3 xalla qrupda 3-cü yerdədi. Qrup üçüncüsü olub İspaniya və Portuqaliya kimi nəhənglərlə görüşməyi yəqin ki, heç kim arzulamaz. Bu mənada Niderlandın da oyuna motivasiyaız çıxacağını demək olmaz. Daha güclü rəqibin uduzmayacağına mərc edirəm.