“Yuventus” 199 milyon ziyanda
“Yuventus” ötən ilin maliyyə nəticələrini açıqlayıb. Turin klubunun itkiləri 199,2 milyon avro olub.
Buna səbəb kimi, komandanın 2023/2024 mövsümündə Avropa kuboklarında iştirak etməməsi göstərilib. “Yuventus”un gəlirləri cəmi 394,6 milyon təşkil edib ki, bu, bir il əvvəlkindən 113 milyon avro az olub.