Sürpriz kupon – 29.09.2024
Qarabağ – Sabah X2
“Qarabağ” ağır London səfərinin acısını “Sabah”dan çıxmaq istəyəcək. Ağdamlıları bu qarşılaşmadan cəmi 4 gün sonra “Malmö” ilə daha bir çətin oyun gözləyir. Qurban Qurbanov heyətdə rotasiyalara yol versə belə, komandası hər şeyə rəğmən “Sabah”ı udacaq gücdədi. Amma sürpriz kuponda “Sabah”ın rəqibinin əsas fikrinin Avropa Liqasında olmasından yararlanıb məğlub olmayacağına mərc edə bilərik.
Portu – Arauka 1-ci hissə 1
“Portu” “Bodo Qlimt”ə gözlənilməz məğlubiyyətdən sonra azarkeşləri önündə özünü əfv etdirməlidi. Bunun üçün “Arauka”dan ideal rəqib tapmaq çətindi. Primeyra Liqanın ən zəif kollektivlərindən biri ilə mübarizədə portuluların elə ilk hissədə üstünlüklərini ortaya qoyacağını proqnozlaşdırıram.
Atletiko Madrid – Real Madrid 2
Günün matçı İspaniya paytaxtında keçiriləcək.
Madrid derbisində aşkar favorit yoxdu. Komandalar 7 turdan sonra məğlubiyyət acısı dadmasalar da, xal itkilərinə yol veriblər və turnir cədvəlində lider “Barselona”dan geridədilər. Mbappe daxil bir neçə zədəli futbolçusu olan “kral klubu” bütün çətinliklərə baxmayaraq çempionluq mübarizəsində çox geri düşmək istəmirsə, bu matçda qələbə qazanmalıdı.