“Turan Tovuz”dan yeni transfer
“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib. Bunu klubun mətbuat xidməti açıqlayıb.
Qərb təmsilçisi yarımmüdafiəçi Tural Bayramlı ilə 2 illik müqavilə bağlayıb.
26 yaşlı futbolçu karyerası ərzində Yunanıstan və Latviyada legioner həyatı yaşayıb. O, Azərbaycanda “Sumqayıt”, “Keşlə”, “Zirə”, “Səbail” və “Araz-Naxçıvan” klublarının formasını geyinib.