Bakayoko Türkiyə klubuna keçir
“Çelsi”nin “Milan”a icarəyə verdiyi Temue Bakayokonun gələcək taleyinə aydınlıq gəlib. Yarımmüdafiəçi karyerasını Türkiyədə davam etdirəcək.
O, “Adana Dəmirspor”a keçəcək. 28 yaşlı futbolçu 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq. Bakayokonun illik maaşı 3 milyon avro olacaq.
“Çelsi” onun müqaviləsinə xitam verməyə, “Milan” isə icarədən buraxmağa razılıq verib. Fransalı yeni klubuna azad agent kimi qoşulacaq.
Qeyd edək ki, Temue cari mövsüm meydana çıxmayıb.