“Yuventus”dan 15 xal silindi
“Yuventus” ağır cəzaya məruz qalıb. Bu barədə qərarı İtaliya Futbol Federasiyası verib.
Qurum maliyyə fırıldaqlarına görə Turin təmsilçisinin A seriyasındakı hesabından 15 xal silib. Turin klubu bu qərardan apelyasiyaya müraciət etmək hüququna malikdir.
Bundan başqa, “Yuventus”un sabiq prezidenti Andre Anyelliyə 2 illik və Direktorlar Şurasının sədr müavini Pavel Nedvedə 8 aylıq futbol fəaliyyəti ilə məşğul olma qadağası verilib.
15 xal silindikdən sonra “Yuventus” 3-cü sıradan 10-cu pilləyə yuvarlanıb. Hazırda komandanın 22 xalı var.