“Yuventus” Rabyonun qiymətini müəyyənləşdirdi

“Yuventus” Rabyonun qiymətini müəyyənləşdirdi

“Yuventus”un yarımmüdafiəçisi Adrien Rabyo bu qış İtaliya klubunu tərk edə bilər. Klub rəhbərliyi onu təxminən 15 milyon avroya buraxmağa razılaşıb.

27 yaşlı Fransa millisi ilə son dünya ikincisi olmuş Adrien Rabyo 2019-cu ilin iyulundan “Yuventus”da çıxış edir. Ümumilikdə o, İtaliya klubunda 145 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2023-cü ilin iyununda başa çatır.

ETOPAZ

Əvvəlki yazı

Haller xərçəngə qalib gəldi

Növbəti yazı

Suares seçim qarşısında