Günün kuponu – 19.09.2024
Feyenoord – Bayer Leverkuzen 2
Çempionlar Liqasının yeni formatında ilk turun oyunları davam edir. Bu komandalar avrokuboklarda yalnız 1987-ci ildə qarşılaşıb. 37 ildən sonra yenidən bu dəfə Niderlandda üz-üzə gələcəklər. Ötən mövsümü fantastik keçirən Xabi Alonsonun komandası üçün ÇL əsl sınaq olacaq. Bununla belə “Feyenoord”la matçda almanların qalib gələcəyini düşünürəm.
Red Star – Benfika ÜST2.5
Ölkə çempionatında işləri qaydasında gedən “Red Star” doğma stadionda Portuqaliyanın “Benfika” klubunu qəbul edəcək. Duelin favoriti sayılan qonaqlar səfərdə qələbə qazanmağa qadirdi. Sadəcə ilk turda “Benfika”nın çoxlu sayda itkilərinin olduğunu unutmaq olmaz. Ona görə ÜST2.5 seçimi daha real görünür.
Atalanta – Arsenal 2
Əsas heyətin beş futbolçusundan istifadə etməyəcək “Arsenal” İtaliyaya səfər edir. İngiltərə premyer liqasında 4 oyunda 10 xal toplayan London təmsilçisi cütün favoritidi. Yeni mövsümdə ölkə çempionatında nümayiş etdirdiyi mübarizə “Arsenal” inanmağa imkan verir. Fikrimcə bu oyunda “Arsenal” çətin qələbə qazanacaq.