“Jirona”nın futbolçusundan rekord
“Jirona”nın futbolçusu Kristian Stuani Çempionlar Liqasının tarixinə düşüb. 37 yaşlı uruqvaylı forvard buna turnirin Liqa mərhələsinin I turunda Fransanın PSJ komandası ilə matçda iştirak etməklə nail olub.
Görüşə start heyətində başlayan forvard 21-ci əsrdə qitənin bir nömrəli klub turnirində debüt edən ən yaşlı oyunçu adına sahib çıxıb.
Qeyd edək ki, qarşılaşma Paris təmsilçisinin qələbəsi ilə bitib – 1:0.