Suares seçim qarşısında
Uruqvay millisinin futbolçusu Luis Suares iki klubdan təklif alıb. 35 yaşlı hücumçunun xidmətində “Qremio” və “Krus Asul” maraqlıdır.
Braziliya təmsilçisi ona 2 illik müqavilə təklif edib. Suares “Qremio”ya keçsə, klubun ən yüksək ödənişli futbolçusu olacaq.
Meksikalılar da ona 2 illik anlaşma təklifi göndərib. Luis hələ seçim etməyib. Hücumçunun son klubu DÇ-2022-yə qədər şərəfini qoruduğu Uruqvay “Nasyonal”ı olub.