Sürpriz kupon – 19.09.2024
Atletiko Madrid – Leypziq ÜST2.5
Yeni mövsümdə bundesliqada ilk dəfə evdə xal itirən “Leypziq” səfərə qələbə üçün yollanıb. Madridlilər evdə etibarlı müdafiə olunmasına baxmayaraq almanlar matçda səhvlərdən sığortalanmayıb. “Atletiko”nun evdə qələbəsinə şübhəylə yanaşıram. Fikrimcə bu oyunda məhsuldar nəticənin şahidi olacağıq.
Brest – Sturm Graz 2
Evdə inamlı təsir bağışlamayan “Brest” Fransa çempionatının ilk 4 turunda 3 xal toplayıb. Hiss olunur ki, komanda tam istədiyi oyun səviyyəsinə yüksəlməyib. “Şturm Graz” isə əksinə səfərdə kifayət qədər yaxşı təsir bağışlayır. Sürpriz kupon riski hiss etdirən mərclərin toplusudu. Avstriya komandasının minimal hesablı qələbəsinə heç təəccüblənməyəcəm.
Monako – Barselona Barsa və ÜST1.5
La Liqada 5 turda maksimum xal toplayan İspaniya təmsilçisi yaxşı tanıdığı rəqiblə qarşılaşacaq. Yay hazırlıq dönəmində komandalar yoxlama matçında üz-üzə gəlib. Həmin oyunda “Monako” 3-0 hesablı qələbəyə sevinib. Amma yoxlama oyununu ÇL-dəki matçla eyniləşdirmək olmaz. Yoxlama matçından fərqli olaraq kataloniyalıların bu dəfə sevinəcəyini düşünürəm.