“Vaşinqton”da yeni müqavilə

“Vaşinqton”da yeni müqavilə

“Vaşinqton” lideri Bredli Billə yeni müqavilə imzalayıb. Bunu paytaxt təmsilçisinin mətbuat xidməti açıqlayıb.

29 yaşlı oyunçu ilə 5 illik anlaşma imzalanıb. O, bu müddətdə 251 milyon dollar qazanacaq.

2012-ci ilin draftında 3-cü nömrə ilə seçilən Bredli karyerasını “Uizards”da keçirib. O, 2018-ci, 2019-cu və 2021-ci illərdə “Bütün ulduzların oyunu”nda iştirak edib.

Bredli ötən mövsüm 40 matça çıxıb. O, orta hesabla 23,2 xal və 6,6 ötürməyə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

“Barselona”dan “Sportinq”ə

Növbəti yazı

38-ci yarımfinal