38-ci yarımfinal
“Böyük dəbilqə”lərin 22 qat çempionu Rafael Nadal “Uimbldon”da yarımfinala yüksəlib. O, 1/4 finalda Teylor Fritsi məğlub edib – 3:6, 7:5, 3:6, 7:5, 7:6.
Bu, Nadalın 5 setdən ibarət 39-cu oyunu olub. O, 26 qələbə qazanıb və 13 dəfə uduzub. “Uimbldon”da 12 belə matçdan 8-də qalib gələn Rafael 4 dəfə üzülüb.
İspaniyalı 38-ci dəfə “Böyük dəbilqə”lərin yarımfinalında oynayacaq. Rocer Federer 46, Novak Cokoviç 43 dəfə bunu bacarıb. Nadal “Uimbldon”da 8-ci dəfə finalın bir addımlığınadək irəliləyib.