UEFA “Yuventus”u avrokuboklardan kənarlaşdırır 

UEFA “Yuventus”u avrokuboklardan kənarlaşdırır

“Yuventus” avrokuboklardan kənarlaşdırıla bilər. Bunu İtaliyanın “La Gazzetta dello Sport” nəşri iddia edir.
UEFA maliyyə pozuntuları üzündən Turin təmsilçisinə ağır sanksiya verməyi planlaşdırır. Davam edən araşdırmalar pozuntuları təsdiqləsə, “ağ-qaralar” beynəlxalq turnirlərə buraxılmayacaq.
“Yuventus” koronavirus pandemiyası dövründə futbolçuların maaşlarını dayandırdığını açıqlasa da, onlara gizlin ödənişlər etməkdə ittiham olunur. İttihama əsasən 17 oyunçuya 60 milyon avro ödənilib.

ETOPAZ

Əvvəlki yazı

Günün şansı – 22.12.2022

Növbəti yazı

“Çelsi”nin Qətər tapıntıları