UEFA ilin futbolçusu adına namizədləri açıqladı

UEFA ilin futbolçusu adına namizədləri açıqladı

UEFA ilin futbolçusu adına namizədləri açıqlayıb. Titul uğrunda mübarizə aparacaq 3 futbolçu bəlli olub.

Bunlar Erlinq Haaland, Lionel Messi və Kevin de Brüyndür. Norveçli ilə belçikalı “Mançester Siti” ilə mümkün bütün titulları qazanıb. Argentinalı superulduz isə millisi ilə dünya çempionu, PSJ ilə Fransa liqasının qalibi olub.

Qeyd edək ki, ilin futbolçusunun adına Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində aydınlıq gələcək. Tədbir avqustun 31-də Monakoda keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 18.08.2023

Növbəti yazı

“Qarabağ” Avropa Liqasının pley-offunda