Kavani Argentinada qaldı
Uruqvaylı hücumçu Edinson Kavani “Boka Xuniors”da qalacaq. O, Argentina klubu ilə müqaviləni uzadıb.
Bunu Argentina klubunun mətbuat xidməti açıqlayıb. 37 yaşlı uruqvaylı hücumçu daha iki il “Boka Xuniors”un formasını geyinəcək.
Onun anlaşması 2026-cı ilin sonuna qədər nəzərdə tutulub. Kavani Argentina çempionatının cari mövsümündə 19 oyunda 9 qol vurub.