Finalın yeri açıqlandı
Libertadores kubokunun final oyununun yeri dəqiqləşib. Bunu KONMEBOL açıqlayıb.
Qurum həlledici matçın Buenos-Ayresdə keçirilməsinə qərar verib. Həlledici matç “Monumental” stadionunda baş tutacaq. Final noyabrın 30-da təşkil olunacaq.
Qeyd edək ki, oktyabrın 24-də və 31-də keçiriləcək yarımfinal mərhələsində “Atletiko Mineyro” “River Pleyt”lə, “Botofoqo” “Penyarol”la görüşəcək.