Sürpriz kupon – 18.08.2023
“Nottingem Forest” – “Şeffild Yunayted” 1
İlk turda “Arsenal”a 1:2 hesabı ilə məğlub olan “Nottingem Forest” bu matçda favoritdi.
İPL-in debütantı olan qonaqlar isə birinci turda “Kristal Pelas”la bacara bilməyib – 0:1.
Meydan sahiblərinin ümidləri doğruldacağını düşünürəm.
“Valensiya” – “Las Palmas” Fora 1 (-1)
“Valensiya” ilk turda gözlənilmədən “Sevilya”nı məğlub etdi. Ruben Barahanın komandası üçün La Liqanın debütantı təbii ki, daha rahat rəqibdi və doğma divarlar arasında üstünlüklərini hesabda əks etdirə biləcəklərini proqnozlaşdıra bilərik.
“Verder Bremen” – “Bayern Münhen” 1-ci hissə/oyun nəticəsi 2
“Bayern Münhen” yeni mövsümə çox pis başlayıb. Komanda Superkubok finalında öz meydanında “Leypsiq”ə 0:3 hesabı ilə uduzub. Acıqlı münhenlilər həmin qarşılaşmanın heyfini ilk dəqiqələrdən zəif rəqibdən çıxmağa çalışacaq.