Sürpriz kupon – 06.10.2024
Alaves – Barselona ÜST2.5
La Liqada ən çox xal toplayan “Barselona” səfərdə “Alaves”lə qarşılaşacaq. Kataloniyalılar 8 turda 25 qol vurmaqla turnirin ən məhsuldar komandası hesab edilir. Bununla belə buraxılan 9 qol müdafiədəki boşluqların həll olunmadığını göstərir. “Barsa”nın səfərdə rahat qələbə qazanacağını düşünürəm.
Jirona – Atl.Bilbao QOL/QOL
Çempionlar Liqasında çıxış edən meydan sahibləri evdə “Feyenord”a 2-3 hesabıyla uduzub. Cari mövsüm yalnız bir ev matçında qələbə qazanan “Jirona”nın bu turda da işi asan olmayacaq. Bilbao təmsilçisinin səfərdə xal itirəcəyini düşünərək qol/qol seçiminin üzərində dayanıram.
Çelsi – Nottinqem Forest Çelsi və ÜST2.5
Qonaqlar zadəganlar üçün uğursuz rəqib sayılır. Təsadüfi deyil ki, son 4 ildə “Çelsi” yalnız bir dəfə “Nottinqem” üzərində qələbə qazanıb. Mövsümə yaxşı başlamayan qonaqların aktivində 1 qələbə var. Fikrimcə hazırda daha yaxşı formada olan “Çelsi” uğursuz rəqiblə görüşdə çətin qələbə qazanacaq.