“Turan Tovuz”dan iki cavabsız qol

“Turan Tovuz”dan iki cavabsız qol

Azərbaycan Premyer Liqasında XXVI turun son oyun günü start götürüb. Günün ilk matçı Tovuzda baş tutub.

“Turan Tovuz” öz meydanında “Araz-Naxçıvan”la görüşüb. Qarşılaşmanın taleyini ikinci hissədə həll olunub.

Meydana sonradan daxil olan Aleks Souza qonaqların qapısına iki dəfə yol tapıb. Onun dublu Tovuz təmsilçisinə üç xal qazandırıb – 2:0.

Qeyd edək ki, tura bu gün keçiriləcək “Qarabağ” – “Zirə” matçı ilə yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Alveşin taleyi qeyri-müəyyəndir

Növbəti yazı

Günün kuponu – 11.03.2024