Günün kuponu – 11.03.2024

Günün kuponu – 11.03.2024

Qaziantep” – “Beşiktaş” – 30-cu dəqiqəyə kimi qol / xeyr

Superliqada ardıcıl 3 oyundur qələbə qazanmayan “Qaziantep”də 3 gün əvvəl  baş məşqçi dəyişikliyi oldu.”Qalatasaray”ın sabiq oyunçusu Selcuk İnan istefaya göndərilən rumın Simidukanın yerinə təyin edildi. Təbii ki, debüt matçının “Beşiktaş” a qarşı olmasını heç bir məşqçi istəməz. Özü də son turda derbidə “Qalatasaray”a uduzan “Beşiktaş” a qarşı. Bununla belə yeni baş məşqçinin gəlişi fikrimcə, “Qaziantep”ə  “təzə nəfəs” gətirəcək. Hər 2 tərəf üçün ağır oyun olacaq. Bu üzdən ilk yarım saatda qol gözləmirəm.

“Əl Nəsr” – “Əl Ain” – 1

Asiya Çempionlar Liqasının ilk 1/4 final oyununda “Əl Nəsr” Birləşmiş Ərəb Əmirliklərində 0:1 hesabı ilə uduzmuşdu. İndi isə Kriştiano Ronaldonun komandası revanş almalıdır. Səudiyyə klubunun bunun üçün yetərincə potensialı var və məncə, qələbə qazanacaqlar.

“Almeriya” – “Sevilya” – 1ci hissə cüt şans 12

Sonuncu pillədə yer alan “Almeriya”nın itiriləsi heç nəyi yoxdur. Riskə gedəcəkləri gözləniləndir. Belədə sevilyalıların rəqibi qolla cəzalandırmaq şansı artacaq. Bu səbəbdən hesabın ilk yarıda açılacağını təxmin edirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Turan Tovuz”dan iki cavabsız qol

Növbəti yazı

Sürpriz kupon – 11.03.2024