Sürpriz kupon – 11.03.2024
“Den Haaq” – “Dordrext” – 3,5 üst
Niderland liqaları üçün əksər oyunlarda məhsuldarlıq normal hal kimi qəbul olunur. Biz isə bir qədər də “irəli gedərək” 2,5 yox, 3,5 üst variantına mərc edək. 1,85 pis əmsal deyil, baxıb, vaz keçmək olmur)).
“Latsio”-“Udineze”- 30-cu dəqiqəyə qədər qol /xeyr
Avrokubok zonasına can atan “Latsio” və A seriyasının autsayderlərindən “Udineze”. Hər ikisi son 3 matçda qələbə qazana bilməyib. “Bavariya”ya uduzub (0:3) Çempionlar Liqası ilə vidalaşan “Latsio”nu yalnız qələbə qane edə bilər. Amma fikrimcə, ilk 30 dəqiqədə tərəflər bir-birlərinin müdafiəsini yara bilməyəcək. Tərəflərin öz aralarındakı son 5 matçdan 4-nün 2,5 alt bitməsini də nəzərə alaq.
“Əl Nəsr” – “Əl Ain” – ən çox qol vurulduğu hissə /2-ci hissə
Asiya Çempionlar Liqasında yarımfinala vəsiqənin taleyini həll edən bu oyunda 90 dəqiqə gərgin mübarizə gözləyirəm. “Əl Ain” öz meydanında qazandığı 1:0-lıq qələbəni qorumağa çalışacaq, Ronaldo və yoldaşları isə revanş üçün bacarığını ortaya qoyacaq. Hesabın gec açılma ehtimalının yüksək olduğunu nəzərə alıb, 2-ci hissənin daha məhsuldar olacağını təxmin edirəm.