Teytumdan rekord

Teytumdan rekord

“Boston”un basketbolçusu Ceyson Teytum yeni rekorda imza atıb. Hücumçu pley-offun 7-ci oyununda toplanan xal sayında fərqlənib.

O, ikinci raundun “Filadelfiya” ilə görüşündə rekord vurub. Teytum qarşılaşmada 51 xal toplayıb.

Hücumçu Stef Karrinin rekordunu üstələyib. “Qolden Steyt”in müdafiəçisi iki həftə əvvəl “Sakramento” ilə matçda 50 xal yığıb. Bunadək isə rekordçu Kevin Dyurent idi. O, 2021-ci ildə 48 xal toplamağı bacarıb.

ETOPAZ

Əvvəlki yazı

Busketsdən 32-ci titul

Növbəti yazı

Neymar klub axtarışında