Neymar klub axtarışında
Neymar mövsümün sonunda PSJ-ni tərk edə bilər. Braziliyalı azarkeşlərlə bağlı qalmaqaldan sonra Fransa klubunda oynamaq istəmir.
Bu üzdən də cənubi amerikalı özünə yeni komanda axtarır. PSJ-də onun keçidinin əleyhinə deyil.
Parislilər onun transferi üçün mümkün variantlar axtarır. PSJ Neymarı icarəyə verməyə və hətta maaşının bir hissəsini ödəməyə də razıdır.
Neymarın müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.