Sürpriz kupon – 15.09.2021
“Atletiko” – “Portu” – QQ
Madrid klubu La Liqada 4 oyunda 7 qol vursa da, yalnız bir matçda top buraxmayıb. Daim güclü müdafiəsi ilə seçilən “Atletiko”nun hələ ki arxa xətdə problemləri tam həll etmədiyini görürük. Bu da Dieqo Simeonenin sistemi dəyişməsi ilə bağlıdır.
“Portu” ÇL-dən öncə yerli liqada “Sportinq”lə ağır oyun keçirib – 1:1. Hər iki komandanın hücum potensialı yaxşı olduğundan düşünürəm ki, QQ-a mərc etmək olar.
“İnter” – “Real” – 3,5 üst
Serxio Ramos və Rafael Varan getdikdən sonra “Real”ın müdafiə xəttində ciddi problemlər var. “Kral klubu” “Levante”dən 3, “Selta”dan isə 2 top buraxdı. Amma hücum xətti yenə də əla təsir bağışlayır. “Selta” ilə matçda Benzema het-trik edərək yaxşı formada olduğunu göstərdi. Kamavinqa isə “Real”da ilk qolunu vurdu. Kontenin gedişindən sonra yenilənən “İnter” Simeone İnzaginin rəhbərliyi altında hələ ki ümidləri doğruldur. Bu komandalar arasındakı oyunlar çox vaxt bol qollu alınıb. Ona görə də risk edib ÜST 3,5 yazmaq istəyirəm.
“Brügge” – PSJ – 2
Azarkeşlər bu oyununun nəticəsindən çox möhtəşəm “üçlü”nün – Messi, Mbappe, Neymar eyni anda meydana çıxmasını gözləyir. Paris klubu nəinki oyunun, ÇL-in favoriti hesab olunur.
“Brügge” Belçika çempionatında lider olsa da, 1 tur öncə alt sıralarda gedən “Gent”lə matçda gözlənilmədən darmadağın olmuşdu – 1:6.
Məncə, PSJ oyunun aşkar favoritidir və rahatlıqla 2 atmaq olar.
“Atletiko” – “Portu” – QQ (2.20)
“İnter” – “Real” – 3,5 üst (2.55)
“Brügge” – PSJ – 2 (1.27)
Yekun əmsal: 7, 12