Günün kuponu – 15.09.2021
“Bayer” – “Ferensvaroş” – 1
Almaniya klubu həm heyətinə, həm də maddi imkanlarına görə, “Ferentsvaroş”dan xeyli üstündür. “Bayer” Bundesliqada yalnız bir oyunda uduzub ki, o da son turda “Borussiya Dortmund”la matça təsadüf edir – 3:4. Patrik Şik 4 oyuna 3 qol vurmaqla yaxşı formada olduğunu göstərir. Məncə, “Bayer” bu görüşdə sensasiyaya imkan verməz. Odur ki, 1-ə atsaq, yəqin ki, “yandırmarıq”.
“Lokomotiv” – “Marsel” – 2
Çətin proqnoz veriləsi oyunlardan biridir. Moskva klubu bu mövsüm Rusiya çempionatında hələ ki uduzmayıb. “Soçi” ilə birgə 15 xalla 2-3-cü yerləri bölüşən “Loko” turnir cədvəlində yalnız “Zenit”i özündən irəli buraxıb. “Marsel” də Liga-1-ə əla başlayıb. Sampaolinin komandası 4 oyundan 10 xal yığmağı bacarıb.
Bir az risk edib bu oyunda 2 yazıb, Fransa klubunun qələbəsini gözləmək olar.
“Roma” – ÇSKA – 1
İtaliya klubu bu cütün aşkar favoritidir. Mourinyo yeni mövsümə əla başladı. Paytaxt klubu A seriyasında 3 oyuna 100 faizlik nəticə göstərib. “Roma” Konfrans Liqasında da bundan öncəki mərhələdə “Trabzonspor”la görüşlərdə elə də çətinlik çəkmədi. Burda 1 atmaqla yeni nəsə kəşf etmiş olmuruq.
“Bayer” – “Ferensvaroş” – 1 (1.21)
“Lokomotiv “- “Marsel” – 2 (2.05)
“Roma” – ÇSKA – 1 (1.19)
Yekun əmsal: 2,95
