Sürpriz kupon – 31.12.2021
“Burqos” – “Amorebieta” 1
“Burqos” son iki oyunda məğlub olub. Yenidən azarkeşləri sevindirmək üçün ən yaxşı imkan “Amorebieta” ilə qarşılaşmadır. Sadəcə “Amorebieta”nın son vaxtlar səfər matçlarında yaxşı oynaması “Burqos”a problem yarada bilər. Bununla belə, meydan sahibləri bu görüşdən 3 xalla ayrılmağa borcludurlar.
“Eybar” – “Real Sosyedad ll” 1
Ötən mövsüm La Liqanı tərk edən “Eybar” yenidən elitaya qayıtmağa əsas namizədlərdən sayılır. Komanda hazırda yalnız “Almeriya”dan geri qalaraq, 2-ci yeri tutur. “Real Sosyedad ll”-də isə məqsədlər başqadır. Burda əsas komandaya düşməyən 19-21 yaşlı gənclər oyun təcrübəsi qazanırlar. Bütün göstəricilər matçın 1 gələcəyi fikrini formalaşdırır.
“Real Oviedo” – “Ponferradina” X
“Oviedo” son 2 oyunda qələbə qazana bilməyib. Komanda liderlərdən xeyli aralı düşüb. “Ponferradina” isə qarşısına La Liqaya yüksəlmək məqsədi qoyub. Bolonun çalışdırdığı komanda da çempionatda son iki oyununu heç-heçə edib. Düzdür, ardıcıl 3 görüşün X gəlməsi nadir hallarda olur, amma risk etməyə dəyər.