Günün kuponu – 31.12.2021

Günün kuponu – 31.12.2021

“Valensiya” – “Espanyol” qol/qol

“Valensiya” La Liqada son 3 oyununu qələbə ilə başa vurub. “Espanyol” isə son turda “Selta” səfərindən məğlub döndü. “Valensiya”da Uroş Raçiç cəzalı, Qabriel Paulista, Fulkye kimi önəmli oyunçular isə zədəlidir. Bordalasın komandası son 6 görüşdə qol/qol edib. Bu dəfə də hər iki komandanın fərqlənməsi istisna olunmur.

“Rio Ave” – Kovilha” 1

“Rio Ave” ötən mövsüm yüksək liqanı tərk etdi. Amma hazırda 3-cü yeri tutan komanda yenidən elitaya qayıtmaq uğrunda mübarizə aparır. “Kovilha” isə təhlükəli zonadan uzaqlaşmağa çalışır. “Kovilha”nın əsas problemi səfərdə az xal toplamasıdır. Statistika da bu cütdə “Rio Ave”ni favorit göstərir. Onlar “Kovilha” ilə son 5 oyunun hamısında qalib gəliblər.

“Cangzhou” – “Dalian Pro” qol/qol

“Cangzhou” artıq 5 oyundur ki, uduzmur. “Cangzhou” 13 gün əvvəl səfərdə “Dalian Pro” üzərində qələbə qazana bilmişdi – 2:1. İspaniyalı Xose Qonzalesin rəhbərlik etdiyi Dalian klubu son 2 turda məğlub olub. Amma bu komandalar arasında keçirilən son 5 oyunun dördü qol-qolla başa çatıb. Bu dəfə də hər iki tərəfin fərqlənəcəyini gözləyirəm.

Elnur Məmmədlidən ən sion “Günün Kuponu”

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

“Çelsi” 145,6 milyon ziyanda

Növbəti yazı

Sürpriz kupon – 31.12.2021