“Bavariya” və “Benfika” 1/8 finalda, “Milan” ÇL-lə vidalaşdı
Sürpriz kupon – 31.08.2022
“Yuventus” – “Spezia” – 3,5 ALT
“Yuventus” heyətlə bağlı ciddi itkiləri var. Zatən turinlilər mövsüm başlayandan o qədər də məhsuldar oyun göstərmir: 3 oyuna, 4 qol. “Spezia”nın səfərdə xal qazanmaq üçün müdafiəyə daha çox diqqət edəcəyini, əks hücumlara ümid edəcəyimi təxmin edirəm. Belədə 2,5 yox, məhz 3,5 alt daha doğru seçim olar.
“Monako” – “Trua” – QOL/QOL
Son 3 turda qələbəyə həsrət qalan “Monako” vəziyyəti düzəltmək üçün qələbəyə oynamalıdır. 4 oyuna qapısında 7 qol görən komandanın müdafiəsi haqqında yaxşı söz demək mümkün deyil. “Trua”nın müdafiəsi monakolulardan da bərbaddır. 4 oyuna top balansı, 6:11. Hər iki müdafiə xəttinin qarşılıqlı səhvlərinə ümid edərək qol/qol variantının üzərində dayanıram.
“Tvente” – “Ekselsior” – QOL/QOL
Son turda PSV tərəfindən darmadağın olunan (1:6) “Ekselsior” “Tvente” matçına azarkeşləri qarşısında bəraət almaq üçün çıxacaq. “Tvente” özü də Erediviziya və UEFA Konfrans Liqasında son 3 matçda qələbə qazana bilmədiyindən çox güman hücum futboluna üstünlük verəcək. Belədə qol/qol variantı daha real görünür.