Günün kuponu – 31.08.2022
“Mançester Siti” – “Nottengem Forest” – 2,5 ÜST
27 illik aradan sonra tərəflər yenidən premyer liqada üz-üzə gələcək. 1995-ci ildə Nottengem klubu daha güclü olduğundan “Siti”yə qalib gəlmişdi. İndi isə vəziyyət tam fərqlidir. 4 oyuna 13 qol vuran Qvardiolanın komandası bu matçın da aşkar favoritidir. Qələbənin əmsalı çox aşağı olduğundan nisbətən yüksək 2,5 üstə mərc etmək olar.
“Napoli” – “Leççe” – 2,5 ÜST
Ötən turu “Fiorentina” ilə qolsuz bərabərliklə başa vuran “Napoli”dən bu dəfə məhsuldar oyun gözləyirəm.”Leççe” ilə qarşılaşmalarının statistikası da bunu deyir. 3 oyuna 9 qol vurmaqla A seriyasında liderlik edən Neapol təmsilçisi məncə bu turda statusuna layiq oyun göstərəcək.
“Lion” – “Oser” – 2,5 ÜST
Sonuncu dəfə tərəflər Liqa-1-də 10 il əvvəl qarşılaşıb. O vaxtdan qalan statistika, eləcə də, hər iki komandanın bu mövsümdə sərgilədiyi hücum futbolu məndə matçın bol qollu olacağına inam yaradıb.