Sürpriz kupon – 29.10.2021
PSJ – “Lill” – qol /qol
“Lill” mövsümü qeyri-sabit keçirsə də, PSJ ilə son duellərdə Paris klubuna ciddi problem yarada bilir. Tərəflərin son 2 görüşünün hər ikisi “Lill” 1:0 hesablı qələbə ilə bitib. Fikrimcə, Burak Yılmazın komandası bu dəfə nüfuzlu rəqibinin qapısına yol tapacaq. PSJ-nin qol vuracağına isə zərrəcə şübhəm yoxdur. Qol/qolun əmsalı 2,5 üstlə müqayisədə daha çox olduğu üçün bu varianta üstünlük verirəm.
“Ostende” – “Mexelen” – 2,5 üst
Ardıcıl 4 qələbə, bir heç-heçə “Mexelen”i liderlər qrupuna yaxınlaşdırıb. Daha bir qələbə komandanı 3-cü sıraya da qaldıra bilər. 12 oyuna 21 qol vurub, bir o qədərini də buraxan “Mexelen”nin oyunundan 2,5 üst gözləmək normaldır. Nəzərə alsaq ki, “Ostende” də öz meydanında hər komandaya xal verən deyil, demək, “məhsuldar oyun” proqnozunda haqlıyıq.
“Trabzonspor” – “Rizəspor” – qol /qol
Tərəflərin biri superliqanın zirvəsində, digər “zirzəmisi”ndə. “Rizəspor” mövsümün ən az qol vuran 2 komandasından biri, “Trabzonspor” isə ən məhsuldar komandası. Amma unutmayaq ki, bu, bir derbi qarşılaşmasıdır. Rizəlilər indi nə qədər zəif görünsə də, prinsipial rəqibi ilə dueldə qol vura bilər. Fikrimcə, qarşılıqlı qollar izləyəcəyimiz bir oyun olacaq.
PSJ – “Lill” – qol/qol – 1,76
“Ostende” – “Mexelen” – 2,5 üst – 1,55
“Trabzonspor” – “Rizəspor” – qol /qol – 1,80
Yekun əmsal: 4,91