Günün kuponu – 29.10.2021
PSJ – “Lill” – 1
Lider son çempiona qarşı. Hərçənd “Lill”in turnir cədvəlində hazırda tutduğu mövqe çempion statusu ilə uzlaşmır (10-cu yer). Ötən tur “Marsel”lə 0:0 oynayan PSJ-nin ardıcıl 2-ci tur xal itkisi real görünmür. Parislilərin heyətində bəzi itkilər olsa da, oyun 1 variantına üstünlük verirəm.
“Hoffenhaym” – “Herta” – qol/qol
“Hoffenhaym”ın son 5 matçının hamısı nəinki 2,5, hətta 3,5 üst gəlib. Məhsuldarlıq göz oxşayır :9 oyuna 17 qol! Son 2 turda qələbə qazanan “Herta” isə inadkar rəqib kimi tanınır. Deməli, qarşılıqlı qollar qaçılmazdır.
“Trabzonspor” – “Rizəspor” – 1
“Qara dəniz” derbisində trabzonlular aşkar favoritdir. Superliqada bu mövsüm yeganə məğlubiyyətsiz komanda olan “Trabzonspor”un turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Rizəspor” a qalib gələcəyinə inam böyükdür. Liderin heyətində əsas futbolçulardan bir neçəsi zədəli olsa da, sensasiyaya inanmıram və matçın “1”-lə bitəcəyini düşünürəm.
PSJ – “Lill” – 1 – 1,26
“Hoffenhaym” – “Herta” – qol/qol – 1,57
“Trabzonspor” – “Rizəspor” – 1 – 1,31
Yekun əmsal: 2,59