Sürpriz kupon – 27.08.2022
“Çelsi” – “Lester” – QOL/QOL
“Çelsi” ilk turda “Everton”u məğlub edəndən (1:0) sonra 2 oyundur qələbə qazana bilmir. Ötən həftə “Lids”ə 0:3 məğlubiyyət çoxunu şoka saldı. “Zadəganlar” həmin ağır məğlubiyyəti unutdurmaq üçün bacardıqca çox qol vurmağa çalışacaq. 3 turun heç birində qələbəsi olmayan “Lester”in də “borclu” qalmayacağını gözləyirəm. Axı, onlara da uğursuzluq zolağından çıxmaq lazımdır.
“Sauthempton” – “Mançester Yunayted” – QOL/QOL
Hər iki komandanın müdafiəsi zəif oynayır. 3 oyuna eyni sayda – 7 qol buraxıblar. Hücum xətləri isə hər iki komandadan qol gözləməyə ümid verir. Qol /qol variantı məncə, daha uyğundur.
“Herta” – “Borussiya Dortmund” – QOL/QOL
“Herta” mövsümdə ilk qələbəsini qazanmağa çalışacaq. Dortmundlular isə müdafiədə elə də etibarlı oynamırlar. Buraxılan qolun əvəzini isə artıqlaması ilə çıxacaq hücum potensialı var “Borussiya”nın. Ona görə qol /qol variantına güvənirəm.