Günün kuponu – 27.08.2022

Günün kuponu – 27.08.2022

“Liverpul” – “Bornmut” – 2,5 ÜST

Ötən tur əzəli rəqibi “Mançester Yunayted” ə uduzan (1:2) “Liverpul” hələ yeni mövsümdə premyer liqada qələbə qazanmayıb. Qələbə üçün bütün güclərini sırf edəcəklər. 3 oyuna qapısında 7 qol görən “Bornmut”un müdafiəsi isə etibarlı deyil. Bu komandaların öz aralarındakı son 9 matçın hamısının 2,5 üstlə bitdiyini də nəzərə alaraq seçimim məhz bu variant oldu.

“Bavariya” – “Borussiya Münhenqladbax” – QOL/QOL

“Bavariya” bundesliqanın “1 nömrəli” komandası olsa da, Münhenqladbax klubu onlar üçün ən arzuolunmaz rəqib sayıla bilər. Bavariyalılar bu komandaya qarşı keçirdiyi son 6 oyunun yalnız birində qalib gəlib. Fikrimcə, “Borussiya” Münhendə yenə əzmkar oyun göstərəcək. Qarşılıqlı qollar məncə, bu matç üçün ən uyğun variantdır.

“Hoffenhaym” – “Auqsburq” – QOL/QOL

Tərəflərin öz aralarındakı son 8 oyunun hamısı 2,5 üstlə yekunlaşıb. Elə yeni mövsümdə də ilk 3 turun hamısında hər iki komandanın oyunlarında 2,5 üst qeydə alınıb. Yenə məhsuldar qarşılaşma gözləyirəm. Sadəcə, qol/qol-un əmsalı 2,5 üstlə müqayisədə daha çox olduğundan bu varianta mərc edirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

“Yuventus” hücumçu keçidini reallaşdırdı

Növbəti yazı

Sürpriz kupon – 27.08.2022