Sürpriz kupon – 27.02.2024
“Kambur” – “Neymegen”
“Neymegen” qalib gələcək və 1.5 ÜST
İkinci divizion təmsilçisi “Kambur”un kubokun yarımfinalına yüksəlməsi böyük uğurdur. Amma avrokuboklara düşmək uğrunda mübarizə aparan “Neymegen” səddi bu mərhələdə keçilməz görünür.
“Lion” – “Strasburq” 1
“Lion” əla formadadır. Komanda son 5 oyununu qələbə ilə bitirib. Qonaqların durumu isə tam əksinədir – “Strasburq” ardıcıl 4 matç uduzub. Heyət və ustalıq baxımından da rəqibindən xeyli üstün olan meydan sahibləri kubokun yarımfinalına yüksəlməsə əsl sensasiya yaşanar.
“Blekbörn” – “Nyukasl” 2
Komandalar arasında ciddi səviyyə fərqi var. Üstəlik, Çempionşipdə yerini qorumağa çalışan “Blekbörn” son 4 oyunundan cəmi birində heç-heçə edib, 3 dəfə isə məğlub olub. Premyer Liqa təmsilçisi bu səfərdən qələbə ilə dönməlidir.