Günün kuponu – 27.02.2024
“Ankaragücü” – “Fənərbaxça” 2
“Ankaragücü” son 3 oyunda uduzub. Komandalar arasında keçirilmiş son 6 qarşılaşmada isə “Fənərbaxça” qalib gəlib. Favoritin qələbə qazanacağına mərc edirəm.
“Bornmut” – “Lester” QOL/QOL
Komandalar fərqli liqalarda çıxış etsə də, təxminən eyni səviyyədədir. Qonaqlar Çempionşipin lideridi və böyük ehtimalla Premyer Liqaya qayıdacaq. “Lester”in heyətində qocalmaq bilməyən 37 yaşlı Ceymi Vardi parlamağa davam edir. O, bu mövsüm 24 oyuna 11 qol vurub. Bukmekerlərin favorit saydıqları meydan sahibləri üçün matçın çox da asan keçməyəcəyini və hər iki komandanın fərqlənəcəyini düşünürəm.
“Luton” – “Mançester Siti” 2
“Mançester Siti” son 10 səfər matçında 9 qələbə qazanıb və yalnız fevralın 17-si “Çelsi” ilə qarşılaşmada 1:1 hesabı ilə heç-heçə edib. “Luton” isə son 2 oyununu uduzub. Xosep Qvardiolanın komandası matçın aşkar favoritidir.