Sürpriz kupon – 27.01.2024
Anqola – Namibiya – Cüt şans X2
Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin ilk oyunu. Anqola qrupda əla təsir bağışlasa da, fikrimcə, pley-offda onlar üçün asan olmayacaq. Bu komandalar arasında son 3 qarşılaşmanın hamısında heç-heçə qeydə alınıb. Anqolanın favorit sayılmasına baxmayaraq bu görüşün də azı əsas vaxtda heç-heçə yekunlaşacağını düşünürəm.
“Auqsburq” – “Bayern Münhen” – QOL/QOL
“Bayern”in oynadığı son 2 matç 1:0 yekunlaşsa da, bu dəfə hər iki komandadan qol və ya qollar gözləyirəm. 18 oyuna 26 qol vuran “Auqsburq”un hücum potensialına güvənməyə dəyər. “Bayern” üçün isə qol vurmaq adətən problem olmur.
“Las Palmas” – “Real” (Madrid) – QOL/QOL
“Kral Klubu”na qarşı bütün rəqiblər xüsusi motivasiya ilə oynayır. “Las Palmas” bu mövsüm möhkəm komanda təsiri bağışlayır. Məncə, doğma meydanda “Real”a azı 1 qol vura bilərlər.