Günün kuponu – 27.01.2024
“Auqsburq” – “Bayern Münhen” – 2,5 ÜST
Son 2 turda “Bayern”in oyunlarında gözlənilənin əksinə, 1 qol qeydə alınıb. Münhen klubu birində uduzub, digərində qalib gəlib. Bunun ardıcıl 3-cü oyunda davam edəcəyini düşünmürəm. “Bayern” belə “quru hesabları” sevən komanda deyil. Məncə, bu matç məhsuldar keçəcək.
“Ştutqart” – “Leypziq” – 1-ci hissə cüt şans 12
Hər iki komandanın məhsuldarlığı “göz oxşayır”. 18 oyunda “Ştutqart” 38, “Leypziq” 40 qol vurub. Belə komandalaırn duelində 1-ci hissədə hesabın açılması ehtimalı böyükdür.
“Bayer” (Leverkuzen) – “Borussiya” (Münhenqladbax) – 2,5 ÜST
Çox əmin olduğum variantlardan biridir. Leverkuzenlilərin bu mövsümkü perfomansı göz önündədir. Münhenqladbax təmsilçisi isə istənilən rəqibə problem yarada biləcək komandadır.