Sürpriz kupon – 26.12.2022
“Lester” – “Nyukasl” 2
“Nyukasl” çempionatın ilk dövrəsində yaxşı nəticələr qazanıb. 8 qələbə, 6 heç-heçə ilə qonaqlar lider “Arsenal”dan 7 xal geri qalır. “Lester” premyer liqanın ən çox top buraxan klubları siyasındadır. Bu matçda “Nyukasl”ın qələbəsini seçirəm.
“Sautqempton” – “Brayton” QOL/QOL
Mövsümün sürprizi olmağa namizəd sayılan “Brayton” yeddinci sıradadır. Meydan sahibləri autsayder olmasına rəğmən evdə müqavimətsiz təslim olmayacaqlar. Tərəflərin son 5 görüşü qol\qol seçimini doğruldur.
“Aston Villa” – “Liverpul” ÜST2.5
Liderdən 15 xal geri qalan mersisaydlılar altıncı yerlə kifayətlənə bilməz. Maraqlıdır ki, meydan sahibləri qırmızılar üzərində son dəfə 2 il əvvəl qələbə qazanmağı bacarıb. Digər matçlarda “Liverpul” sevinib.