Sürpriz kupon – 26.06.2024

Sürpriz kupon – 26.06.2024

Gürcüstan – Portuqaliya 1-ci hissə ÜST1.5
Portuqaliya artıq 1/8 finalda rəqibini gözləyir. Tarixində ilk dəfə Avropa çempionatında iştirak edən gürcülər isə üçüncü oyundan sonra Vətənə qayıdacaq. Portuqallar adətən zəif rəqiblə oyunlarda erkən qol vurmağa çalışır. Sonradan qarşı tərəfə oynamağa imkan verir. Bu mənada ilk 45 dəqiqədə 2 qol olacağına ümid edirəm.

Ekvador – Yamayka 1
ABŞ-də təşkil edilən Amerika Kubokunda qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir. İlk turda xalsız qalan Ekvadorla Yamayka komandaları üçün qələbə çox önəmlidi. Favorit sayılan Ekvadorun sürprizə imkan verəcəyinə inanmıram. Yamaykada onsuz heyətlə bağlı problemlər artmaqda davam edir.

Venesualla – Meksika
Meksika udur və ÜST1.5

Qrup liderliyi uğrunda oyunda qalib komanda növbəti mərhələyə vəsiqəni təmin edəcək. Risk olsa belə Meksikanın qələbəsi və ÜST1.5 seçimi Etopazda 2.95 əmsalla təqdim olunur. Bu mənada Meksikanın uğur qazanacağına inanıram. İlk turda Yamaykanı üstələyən meksikalıların əsl gücü bu oyunda görünəcək.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 26.06.2024

Növbəti yazı

Avstriya Fransa və Niderlandı qabaqladı