Günün kuponu – 26.06.2024
Slovakiya – Rumıniya ÜST1.5
Qrupda maraqlı vəziyyət yaranıb. 2 turdan sonra bütün komandaların 3 xalı var. Son tur həlledici olacaq. Statistika əksər oyunlarda komandaların heç-heçəyə razılaşdığını göstərir. Amma bu dəfə qalib Avro-2024-də 1/8 finala yüksələcək. Hər iki komanda fürsəti əldən buraxmaq istəmir. Ona görə bu oyunda ən azı 2 qol olacağını düşünürəm.
Ukrayna – Belçika 2
Cütün favoriti hesab olunan Belçika nəhayət gücünü göstərməlidi. Eyni xala malik komandalar bu oyunun nəticəsindən asılı olaraq pley-offa yüksələcək. İtkilərə baxmayaraq Belçikanın minimal hesablı qələbə qazanacağını düşünürəm.
Çexiya – Türkiyə QOL/QOL
Pley-offa vəsiqə üçün ay-ulduzlulara 1 xal kifayət edəcək. Çexlərə isə mütləq qələbə lazımdır. Son 10 ildə baş tutan bütün oyunlarda Türkiyə millisi Çexiya üzərində qələbə qazanıb. Müdafiədə olan problemləri nəzərə alaraq qol/qol seçimi üzərində dayanıram.