Sürpriz kupon – 25.09.2023
Panatinaikos – AEK X
Yunanıstan futbolunun iki nəhənginin duelində komandaların riskə gedib açıq futbol oynayacağını düşünmürəm. Bu səbəbdən oyundan çox qol və hansısa rəqibin ciddi üstünlüyünü gözləmirəm. Avrokuboklarda çıxış edən hər iki rəqibi bəlkə də indiki məqamda heç-heçə razı salar.
Sportinq L – Rui Ave Hər iki hissəni qazanacaq komanda: Sportinq L
Portuqaliya çempionatının liderlərindən olan “Sportinq” mövsümə o qədər də uğurlu start götürməyən və 13-cü pillədə qərarlaşan “Rui Ave”ni qəbul edəcək. Lissabonlular azarkeşləri önündə parlaq qələbə qazanmağa çalışacaq. Möcüzə olmasa “Sportinq”in bu vəzifəsinin öhdəsindən gələcəyinə şübhə yoxdu.
Norşellan – Hvidovr Fora: Norşellan (-1)
Danimarka çempionatında ən çox qol vurmuş komanda sonuncu pillədə olan “Hvidovr”u qəbul edəcək. “Norşellan”ın çətinlik çəkmədən fərqli qələbə qazanacağını düşünürəm.