Günün kuponu – 25.09.2023

Günün kuponu – 25.09.2023

Yonq Ayaks – Eyndhoven 2

Millimizin üzvü Ozancan Kökçünün çıxış etdiyi “Eyndhoven” “Yonq Ayaks”ın qonağı olacaq. Meydan sabibləri bu mövsüm keçirdikləri 6 oyundan 5-ni uduzub və 1 matçda heç-heçə edib. Daha güclü qonaqların qələbəsinə yetərincə yaxşı əmsal verilir və məncə bundan istifadə etmək olar.

Koventri – Haddersfild Künc zərbələri 1-ci hissə: Koventri

“Koventri” bir aydan çoxdur qələbə üzünə həsrətdir. “Haddersfild”in də işləri o qədər də yaxşı getmir. Hər iki komanda turnir cədvəlinin alt sıralarından qurtulmağa çalışır.
Meydan sahibləri azarkeşləri önündə “qara zolaq”dan çıxmağa cəhd edəcək. Belədə künc zərbələrində üstün tərəfin “Koventri” olacağını güman edə bilərik.

Hatayspor – Trabzonspor X2

“Hatayspor” mövsümə yaxşı başlayıb. Komandanı avrokubok zonasından 2 xal ayırır. Amma hataylıların növbəti qarşılaşmada işi çətindi. “Trabzonspor” çempionluq iddiasına hər tur göstərir. “Fənərbağça”nı 3:0 darmadağın edəndən sonra buna demək olar ki, heç kimdə şübhə yeri qoymayıb.
Qonaqların məğlubiyyəti əsl sensasiya olar.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

İmmobiledən xüsusi göstərici

Növbəti yazı

Sürpriz kupon – 25.09.2023