Sürpriz kupon – 25.01.2022
“Birmingem” – “Peterburq” – üst 2,5
“Peterburq” 19 xalla təhlükəli zonadadır. Komanda Championship-də son 3 oyunda məğlub olub. “Birmingem” də stabil oyun göstərmir. “Fulhem”ə 2:6 hesablı məğlubiyyətdən sonra “Barnsli” üzərində qələbə qeydə alındı. Hər iki komandanın son oyunlarında qapılara çox qol vurulub. Bu səbəbdən üst 2,5 variantına üstünlük verirəm.
“Nottingem” – “Barnsli” – 1
Turnir cədvəlində sonuncu yeri tutan “Barnsli” “Vest Bromviç”lə heç-heçədən sonra iki tur ardıcıl uduzub. “Barnsli” Championship-də ən az qul vuran komandadır. “Nottingem” FA Cup-da “Arsenal”ı keçməklə hamını təəccübləndirdi. Stiv Kuperin çalışdırdığı komanda 1-ci dövrədə “Barnsli”ni səfərdə məğlub edə bilmişdi. Məncə, bu dəfə də favorit “Nottingem”dir.
“Luton” – “Bristol Siti” – qol/qol
Komandalar arasında elə də böyük səviyyə fərqi yoxdur. “Luton” turnir cədvəlində “Bristol Siti”ni cəmi 2 xal qabaqlayır. “Luton”la “Bristol Siti” arasında son üç oyunda qol/qol qeydə alınıb. Ümid edirəm ki, bu dəfə də azarkeşlər qarşılıqlı qollar görərlər.