Günün kuponu – 25.01.2022
Seneqal – Kapo Verde – 1
“Qarabağ”ın futbolçusu Patrik Andradenin şərəfini qoruduğu Kapo Verde 1/4 finala vəsiqə uğrunda oyunda Seneqalla qarşılaşacaq. Heyətində Sadio Mane, Kalidu Kulibali, Keyta Balde kimi ulduzları olan Seneqal qrupda yalnız 1 oyunda qələbə qazansa da, 1-ci yerin sahibi kimi pley-offa çıxdı. PSJ-nin sabiq oyunçusu Aliu Sissenin çalışdırdlğı Seneqal heyətinə görə Afrika Millətlər Kubokunun ən güclülərindəndir.
Mərakeş – Malavi – 1
PSJ-dən Hakimi, “Sevilya”dan Ən Nəsiri və Munir kimi futbolçuları olan Mərakeşi Malavi ilə müqayisə etməyə dəyməz. Yalnız onu deyək ki, əsas heyət oyunçularından olan Fransisko Madinqa Gürcüstan çempionatında çıxış edir. Buna qədər Kot Divuar, Əlcəzair kimi komandaları çalışırmış Vahid Halilhodziç Afrika futbolunu əzbər bilir. İndi onun qarşısına Mərakeşə kubok qazandırmaq məqsədi qoyulub. Bunun üçün isə hələ 1/8 finalda Malavi səddi keçilməlidir. Düşünürəm ki, bu elə də çətin olmaz.
“Antverpen” – “Sent Trüden” – 1
“Antverpen” çempionatda 4 oyundur uduzmur. Komanda 2-ci pillədə olan “Brügge”dən cəmi 1 xal geri qalır. “Sent Trüden”də itkilər çox olduğundan baş məşqçi heyəti qurmaqda çətinlik çəkir. Birinci dövrədə “Sent Trüden” öz meydanında “Antverpen”i məğlub etmişdi. Düşünürəm ki, bu dəfə matçın 1 gəlmək ehtimalı daha çoxdur.