Sürpriz Kupon – 24.12.2021

Sürpriz Kupon – 24.12.2021

“Altınordu” – “Boluspor” – qol/qol

“Altınordu” son iki oyunda rəqib qapılarına 7 top vursa da, öz qapısında da 5 qol görüb. “Altınordu” 1-Lig-də ən çox qol buraxan komandadır. “Boluspor” çempionatda son 3 oyunda qələbə qazana bilməyib. Bu komandalar arasında son 2 matç da qol/qolla yekunlaşıb. Düşünürəm ki, azarkeşlər bu dəfə də qarşılıqlı qolların şahidi ola bilərlər.

“Əl Nasar” – “Əl Ərabi” – 2

Küveyt çempionatında cəmi 5 tur geridə qaldığından güclər nisbətini müəyyənləşdirmək çətindir. “Əl Nasar” 5, “Əl Ərəbi” isə çempionatda 6-cı pillədədir. Öz aralarındakı oyunların statistikasına baxdıqda son görüşlərdə “Əl Ərəbi” daha çox qələbə qazanıb. 2 yazmağımın əsas səbəbi də budur.

“Əl Yarmuk” – “Əl Şabab” – 2

“Əl Yarmuk” bu mövsüm 5 oyunun hamısında uduzub. “Əl Şabab” isə son matçında “Əl Naser” üzərində qələbə qazanmışdı. Bu oyunda da qonaqların qələbəsini proqnozlaşdırmaq olar.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Günün kuponu – 24.12.2021

Növbəti yazı

“Nyu-York”da yeni müdafiəçi