Günün kuponu – 24.12.2021
“Sparta Rotterdam” – “Valveyk” – 1
Hər iki komanda təhlükəli zonada olduğundan 6 xala bərabər bir qarşılaşmadır. “Sparta” Erediviziyada son iki oyunu heç-heçə başa vurub. Ümumiyyətlə, Rotterdam klubu doğma divarlar arasında nisbətən normal oynayır. “Valveyk” son turda çempionluq uğrunda mübarizə aparan PSV-yə 1:4 hesabı ilə uduzmuşdu. Düşünürəm kİ, “Sparta” təhlükəli zonadan uzaqlaşmaq üçün bu şansı əldən verməz və oyun 1 gələr.
“Brügge” – “Oud Heverli” – 1
Bu komandalar 8 gün əvvəl çempionatda üz-üzə gəlmişdilər. Həmin oyunda “Brügge” rəqibini səfərdə 4:1 hesabı ilə məğlub etmişdi. “Brügge” bundan əvvəlki turda “Anderlext”lə qarşılaşmada çətinliklə 1 xal qazandı – 2:2. Amma buna baxmayaraq, komanda “Oud Heverli”yə qarşı öz meydanında favoritdir və yarımfinala yüksəlmək şansını əldən verməz.
“Adanaspor” – “Kocaelispor” – 1
Dekabrın 1-də bu komandalar Türkiyə kuboku çərçivəsində üz-üzə gəlmiş və həmin vaxt qonaqlar Adanadan 2:1 hesablı qələbə ilə dönmüşdülər. O oyundan sonra “Adanaspor” 1 Lig-də 2 heç-heçə edib və 1 qələbə qazanıb. Hazırda komandalar arasında cəmi 1 xal fərq var. “Qarabağ”dan yaxşı tanıdığımız Dino Ndlovu bu mövsüm 9 qolla “Kocaelispor”un ən sərrast futbolçusu olsa da, zədələndiyindən son matçlarda komandasına kömək edə bilmir. Cənubi afrikalı hücumçunun olmadığı görüşlərdə isə “Kocaelispor”un hücumda sıxıntıları hiss olunur.